17 Tem 2014

ABŞ-dakı dindar yəhudilər BMT qarşısında İsrail rejiminin Qəzza hücumlarına etiraz edir

ABŞ-da yaşayan yəhudi icmalar İsrail rejiminin Qəzzaya günlərdir davam edən hücumlarına geniş etiraz edir, - AA.

ABŞ-dakı yəhudi icmalar sionist rejimin bu cinayətlərini qınayaraq işğalçı İsrailin addımlarının həm beynəlxalq hüququn, həm də yəhudi qanunlarının pozulması olduğunu vurğulayıb.

BMT qarşısında təşkil edilən etirazlara qatılan və il ərzində də bənzər nümayişləri təşkil edən "Sionizmə Qarşı Yəhudi Birliyi"ndən haham Devid Veys bildirib ki, İsrail rejiminin hücumlarına qarşı Qəzza xalqı ilə həmrəydirlər. O, qeyd edib ki, İsrailin hücumları cinayətdir.

Veys bildirib ki, BMT qarşısındaki və dünyadakı bir çox yerdə həqiqi  yəhudilər İsrail rejiminin hücumlarına qarşı etiraz nümayişləri təşkil edir. "İsrailin Qəzzaya hücumları yəhudiliyin əsaslarına və Allaha qarşı üsyandır. Tövrat və Yəhudi təlimi insanların torpaqlarını təzyiq etməyə və oğurluğa icazə vermir. İsrail rejiminə də icazə vermir", - deyə haham Veys bildirib.

Hiç yorum yok:

Yorum Gönder