17 Tem 2014

Qəzzaya 3 istiqamətdən qurudan girən İsrail işğalçıları geri oturdulub

Bu gecədən quru əməliyyatlarına başlayan sionist İsrail rejimi xüsusi təyinatlıları Qəzzanın 3 müxtəlif bölgəsinə soxulmağa çalışıblar. Lakin HƏMAS-ın hərbi qanadı İzzətdin Əl-Qəssam Briqadası və Fələstininin digər müqavimət qrupları ilə girdikləri şiddətli döyüşlər nəticəsində sionist işğalçılar geri oturdurulub, - Dünya Bülleteni.

İzzətdin Əl-Qəssam Briqadasından edilən yazılı açıqlamada bildirilir ki, Qəssam mücahidlərinin Rəfahın şərqindəki Hasinat bölgəsinə sızmağa çalışan sionist xüsusi təyinatlılarına qarşı üz-üzə gəldikləri və mücahidlərin qarşı tərəfi böyük itkilərə məruz qoymasından sonra onların geri çəkilməsi təmin edilib. "Qəzzanın şimalındakı Beyt-Hanın diyarındakı əkinçi məktəbi yaxınlığına sızmağa çalışan sionisit işğalçılarla şiddətli qarşıdurmaya girərək geri çəkilmələrini təmin etdik", - deyə açıqlamanın davamında deyilir.

Eyni zamanda Qəzzanın cənubundakı Xan-Yunisə girməyə çalışan İsrail rejimi qüvvələrinin də qarşıdurmalar nəticəsində geri çəkilmək məcburiyyətində qaldığı qeyd edilir. Hadisə şahidləri də XanYunisin şərqinə girməyə çalışan İsrail rejimi xüsusi təyinatlılarının döyüşlərdən sonra geri çəkilmək məcburiyyətində qaldığını bildirilir.

/Deyerler.Org/

Hiç yorum yok:

Yorum Gönder