17 Tem 2014

Ukrayna və Rusiya sərhəddində sərnişin təyyarəsi vuruldu: 295 nəfər həlak oldu

Rəsmi Kiyev sərnişin təyyarəsini separatçıların vurduğunu iddia edir

İslamazeri.az-ın “Cnntürk”ə istinadən verdiyi xəbərə görə, Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirən təyyarə Ukrayna ilə Rusiya sərhəddində düşüb.

Təyyarənin raketlə vurulduğu iddia olunur.

Hadisə zamanı 280 sərnişin və 15 ekipaj üzvünün öldüyü bildirilir.

Ukrayna Xarici İşlər Nazirliyindən edilən açıqlamada qeyd olunur ki, sərnişin təyyarəsi rus separatçılar tərəfindən "Buk" zenit raket kompleksi ilə vurulub.

Hiç yorum yok:

Yorum Gönder