17 Tem 2014

UEFA-dan Qəzzada qətliam törədən İsrail rejimi haqqında şok qərar

UEFA futbol çempionatları ilə bağlı İsrailin əleyhinə sayıla biləcək qərar verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, UEFA İsrailin Qəzzanı bombalaması səbəbindən adı çəkilən ölkənin təhlükəsizlik standartlarına cavab vermədiyi haqqında məlumat yayıb.

UEFA-nın rəsmi internet səhifəsində verilən bəyanatda bildirilir ki, Avropa kuboklarında iştirak edəcək İsrail klubları rəqib komanda ilə görüşlərini ölkə xaricində oynamalıdır.

Sözügedən beynəlxalq futbol təşkilatı bəyan edib ki, İsrail UEFA oyunlarının keçirilməsi üçün münasib yer deyil.

Modern.az

Hiç yorum yok:

Yorum Gönder