19 Tem 2014

İsrail rejiminin qırıcılarının yanacağını Türkiyə verir? - Fotofakt

İsrail rejiminin havadan, qurudan və dənizdən Qəzzanı bombalayan döyüş təyyarələrinin yanacağı Türkiyənin Ceyhan limanından İsrail rejiminin “Aşkelon” limanına “SCF Altai” tankeri vasitəsi ilə daşındığı ortaya çıxıb.
81 ton kürd nefti iyunun sonunda əvvəl Ceyhan limanına, oradan da gəmi ilə İsrail rejiminin “Aşkelon” limanına daşınıb.
Gəmi Liberiya bayrağı altında üzür
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Kürdüstan regional hökumətinin neftini daşıyan “SCF Altai” tankeri iyunun 20-də İsrail limanına yaxınlaşıb.
Beynəlxalq Liman Nəzarətetmə mərkəzindən təsdiq edilən məlumata görə, Kürdüstan regional hökuməti tərəfindən Türkiyənin Ceyhan limanına nasosla vurulan nefti daşıyan tankerləri Liberiya bayrağı altında “SCF Altai” İsrail rejiminin Aşkelon limanına yanacaq aparıb.
Qeyd edək ki, “SCF Altai” 81 min ton neft tutumuna malik böyük bir gəmidir.
Əldə olunan gəlir “Halkbank”da toplanır
Qeyd edək ki, bu ticarətdən əldə olunan gəlir Türkiyənin böyük banklarından olan “Halkbank”da toplanır (Xatırladaq ki, 17 dekabr rüşvət və korrupsiya əməliyyatı zamanı həbs olunanlar sırasında “Halkbank” prezidenti də vardı).
14 iyul 2014-cü ildə Kürdüstan regional hökumətinin başçısı Məsud Bərzaninin Ankara səfərində məhz “Halkbank”da yığılan neft pulunun müzakirə olunduğu iddia olunur. Türkiyənin Enerji naziri Taner Yıldız isə bu iddianı qəbul etməyib.
Bankın rəsmi səhifəsi məlumat verdi
“Halkbank” iyunun 20-də Türkiyədən İsrail rejiminə gedən neft tankerləri barədə şirkətin rəsmi internet səhifəsində məlumat verib. Verilən xəbərlərdə Kürdüstan regional hökuməti tərəfindən kürd neftinin Türkiyənin Ceyhan limanından Liberiya bayrağı altında “SCF Altai” gəmisi ilə İsrailin Aşkelon limanına yan alması yer alır.
Türkiyə vasitəçi kimi...
Görünən odur ki, İsrail rejimi Kürdüstan regional hökuməti ilə sıx əlaqələr qurmaqla Orta Şərq ilə məhdud diplomatik əlaqələrini genişləndirmək və enerji tədarükü sahəsində özünü sığortalamaq niyyətindədir. Bu baxımdan hazırda Türkiyə, İsrail rejimi və kürdlər arasında vasitəçilik edir.
Xatırladaq ki, bir müddət öncə saytımızda “Aydınlıq” qəzetinə istinadən İsrail rejiminə məxsus təyyarə yanacağının Türkiyə vasitəsi ilə təmin edildiyi barədə xəbər vermişdik.
Qəzetin apardığı araşdırmada məlum olub ki, İsrailə rejiminə gedən reaktiv yanacaq Mersin və Dördyol limanlarından göndərilir.
Araşdırmada ən diqqət çəkən məqam isə yunan firmasına məxsus, üzərində Malta bayrağı olan "MARINER A" tankerinin 3 iyun-9 iyul tarixində Hayfa və Mersin arasında 7 səfər etdiyidir.

Hiç yorum yok:

Yorum Gönder