19 Tem 2014

ABŞ mediasının iç üzü

Diana Magnay Qəzza zolağından CNN-in uzaqlaşdırdığı ikinci müxbirdir

ABŞ-ın məşhur telekanalı olan CNN İsrail vətəndaşlarının Fələstində dinc insanlarının öldürülməsini alqışlamasını sosial şəbəkədə pisləyən əməkdaşını vəzifədən çıxarıb.
ANS PRESS-in məlumatına görə, Diana Magnay adlı CNN əməkdaşı canlı yayımda Sderotda bir təpədə İsrail ordusu bombardmanını izləyən israillilərin sevincini göstərmiş və "Twitter"də bunun iyrənc olduğunu yazmışdı.
"Sderotdakı təpələrdə israillilər Qəzzaya düşən bombaları qeyd edirlər. Səhv bir şey söyləsəm, avtomobilimizi məhv etməklə məni təhdid edirlər. Çox iyrəncdir".
CNN Diana Magnayı Moskvaya göndərib.
Qeyd edək ki, Magnay Qəzza zolağından CNN-in uzaqlaşdırdığı ikinci müxbirdir. Belə ki, Qəzza sahilində oynayan 4 fələstinli uşağın ölümünü çəkən Ayman Mohyeld də buradan uzaqlaşdırılmışdı.


Hiç yorum yok:

Yorum Gönder