17 Tem 2014

Hizbullah təkfirçi terrorçuların Livana hücum planını zərərsizləşdirdi

Livanın Hizbullah Hərəkatı təkfirçi terrorçuların ölkənin Balbek və Beka şəhərlərinə qarşı planlaşdırdığı hücum planını zərərsizləşdirib, - ABNA. 
Terror təşkilatları İŞİD və Nusra Cəbhəsinə bağlı silahlıların ölkənin şərqində tunellər qazaraq Suriya və Hizbullah hərbi birliklərinin nəzarətindəki bölgələri zəbt etməyə çalışıb, ancaq Hizbullah döyüşçüləri  terrorçuları təqib edib. Tərəflər arasında yaşanan toqquşmalarda onlarla terrorçu həlak olub, bir neçəsi də yaralanıb. Hizbullah hərbi hissələri Nusra Cəbhəsi terror qruplaşmasının 20 üzvünü həbs etməyə nail olub.

Digər tərəfdən Livanın Əl-Əhbar qəzeti də "Nusra Cəbhəsi"nin liderlərindən birinin son dəqiqələrdə Hizbullahla Bekada girdiyi qarşıdurmada öldüyünü açıqlayıb.

Hiç yorum yok:

Yorum Gönder