17 Tem 2014

QəzzaTürkiyədə xalq Qəzzaya görə ayağa qalxdı: İsrail rejiminin bayrağı endirildi, Fələstin bayrağı dalğalandırıldı

Sionist İsrail rejiminin Qəzzaya qurudan ordu yeridərək yeni qətliamlara başlamasına etiraz olaraq, Türkiyənin İstanbul və Ankara şəhərlərində xalq küçələrə axışaraq İsrail rejimi əleyhinə şüarlar səsləndirib. Daha sonra aksiyaçılar hər iki şəhərdə İsrail rejiminin səfirliyi və konsolluğu qarşısına getməyə cəhd ediblər. Bu zaman polis aksiyaya sərt müdaxilə edib. Polis gözyaşardıcı qaz və təzyiqli su şırnaqlarından istifadə edərək aksiyanı dağıtmağa başlayıb. Askiyaçılarla polis arasında qarşıdurmalar zamanı xəsarət alanlar var.

İstanbulda İsrail rejiminin konsulluq binasının qarşısında sionistlərin bayrağı endirilərək, Fələstin bayrağı dalğalandırılıb.

Həmçinin Konya şəhərində də İsrail rejimi əleyhinə aksiyalar keçirilib.


Deyerler.org


Hiç yorum yok:

Yorum Gönder