17 Tem 2014

Pan Gi Mundan Qəzzada quru əməliyyatlarına başlayan İsrail rejiminə sərt çağırış: “Dərhal dayandır!”

BMT baş katibi Pan Gi Mun İsrail rejiminin Qəzzada quru əməliyyatlarına başlamasını sərt şəkildə tənqid edən bəyanatla çıxış edib.

Deyerler.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Pan Gi Mun İsrail rejimindən Qəzzada dinc əhalinin qətliamını dərhal dayandırmağı tələb edib.

“Mən İsraili Qəzzada dinc əhalinin qətlini dayandırmağa çağırıram”, - deyə Pan Gi Mun bildirib.

Onun sözlərinə görə, o, bütün çağırışlara rəğmən atəşkəsin elan edilməməsi və münaqişənin daha da dərinləşməsinə görə təəssüf hissi keçirir.

Pan Gi Mun həmçinin ötən gün Qəzzada dəniz sahilində oynayan dörd uşağın İsrail rejimi tərəfindən raket zərbəsi ilə öldürülməsinin də utancverici olduğunu bildirib.

Deyerler.org

Hiç yorum yok:

Yorum Gönder